Yeniyetmə və gəncləri narkotik vasitələrin zərərləri barədə məlumatlandırmaq məqsədilə Qax şəhər 3 nömrəli, eləcə də Qum kənd tam orta məktəblərində növbəti maarifləndirmə tədbirləri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, narkomaniyanın törətdiyi fəsadlar, insan sağlamlığı üçün yaratdığı problemlərlə bağlı məktəblilərə ətraflı məlumat verən Qax Rayon Polis Şöbəsinin əməkdaşları “ağ ölüm”ə qarşı mübarizədə hər kəsin fəal olmasının vacibliyini diqqətə çatdırıblar.
Sonda mövzu barədə şagirdləri maraqlandıran suallar cavablandırılıb.
