Qaxda 6 mindən artıq narkotik tərkibli bitki məhv edildi - FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Almalı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 417 kiloqram olan 6230 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.