Qasım Süleymaninin sələfi də öldürülüb? - GENERALDAN XƏBƏR YOXDUR

İsrailin keçən həftə Beyruta endirdiyi aviazərbələrdən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaani ilə əlaqə yaratmaq mümkün olmayıb. 

Bu barədə "Reuters" agentliyi iki İran təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb. 

İsmayıl Qaani sentyabrın 27-də Hizbullahın baş katibi Həsən Nəsrullahın öldürülməsindən sonra Livana gəlib. 

Oktyabrın 4-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənub kənarına ağır zərbələr endirib. Məlumata görə, İsrail Hizbullah liderlərinin varisi Haşim Səfiəddini hədəf alan zərbə zamanı SEPAH bölməsinin komandiri Beyrutun cənub ətraflarında olub.  

"Əl-Ərəbiyyə" o vaxtdan bəri Səfiəddinlə əlaqənin kəsildiyini bildirib. Hizbullah qurumun yeni liderinin ölümünü şərh etməyib. 

Xatırladaq ki, bir gün əvvəl İsrail ordusu son bir neçə həftə ərzində İsrail ordusunun 440-a yaxın Hizbullah yaraqlısını, o cümlədən 30 müxtəlif rütbəli komandiri məhv etdiyini açıqlayıb. Bununla belə, İsrail ordusunun sözçüsü bildirib ki, Beyruta endirilən son zərbələrin nəticələri hələ də qiymətləndirilməkdədir. Yəni, Səfiəddin və Qaaninin ölüb-ölmədiyi məlum deyil. 

Qeyd edək ki, Qaani İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra onun yerinə Qüds Qüvvələrinin komandanı təyin edilib./modern.az