Qardaş ölkədə ömür uzunluğu artdı

Özbəkistanda əhalinin ömür uzunluğu artıb.

Stopnarkotik.az xəbər verir ki, “Dünya” xəbər agentliyinin yaydığı məlumata görə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənd Dövlət Tibb Universitetində səhiyyə işçilərinə dövlət mükafatlarını təqdim edərək ölkədə ömür uzunluğunun əhəmiyyətli dərəcədə artdığını bildirib.

Dövlət başçısı səhiyyə sektorunda sistemli islahatlar, o cümlədən ilkin tibbi yardım imkanlarının 60% genişləndirilməsi və bölgələrdə 400-dən çox yüksək texnologiyalı diaqnostika metodunun tətbiqi nəticəsində kişilərin ömür uzunluğunun 71 ildən 73 ilə, qadınların isə 76 ildən 77,5 ilə qədər artdığını açıqlayıb.

Mirziyoyev vurğulayıb ki, əvvəllər yalnız paytaxtda mövcud olan mürəkkəb tibbi prosedurlar, o cümlədən ölkə üzrə 45 rayonda mövcud olan böyrək transplantasiyası artıq regional səviyyədə həyata keçirilir. 

Stopnarkotik.az