Qarayazı qoruğundakı yanğın söndürüldü - YENİLƏNİB

Ağstafada qoruğ ərazisində baş vermiş yanğın söndürülüb.

Yanğın Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsinin 10 hektar ərazisində, həmçinin yaxınlıqdakı 50 hektar otlaq sahədə baş verib. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 

Yanğınsöndürənlər tərəfindən yanan kol-kos və quru ot sahəsi söndürülüb. 

Hadisənin başvermə səbəbləri araşdırılır.

***16:23

Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.