“Qarabağ”ın oyununun keçiriləcəyi stadionda sektorun tavanı uçdu - FOTO

Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda sektorun tavanı uçub. 

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, stadionda sektorlardan birinin tavanı qoparaq içəri düşüb. 

Qeyd edək ki, dekabrın 14-də stadionda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun  “Qarabağ” - “Hakken” görüşü keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.