"İnsanlar cinayətkardırlar və cavab verməlidirlər. "Ölkəni" taladılar, yedilər, qanun qarşısında cavab verməlidirlər. İndi "dövlət" yoxdur, arxiv yanır, bunu heç kim özü araşdıra bilməz".
Bunu özünü "Vahid Vətən" partiyasının lideri adlandıran Samvel Babayan deyib.
"Azərbaycan öz daxili problemini Ermənistanla müzakirə etmək istəmir. Yəni o, Qarabağ problemini özünün daxili problemi hesab edir və Ermənsitan ilə bunu müzakirə etməyə hazır deyil. Bu başqa sualdır.
Və əgər Qarabağ xalqı seçdiyi liderlə, yəni Azərbaycanla danışıqlar aparırsa, bu başqa məsələdir", - O qeyd edib./publika.az