Qarabağda Rusiya sülhməramlılarının DAHA BİR POSTU BAĞLANDI

Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisindəki 18 müşahidə məntəqəsində tapşırıqların icrasını davam etdirir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya sülhməramlılarının məsuliyyəti zonasında vəziyyətin monitorinqi sisteminin optimallaşdırılması çərçivəsində Laçın rayonundakı bir müşahidə məntəqəsi bağlanıb.

Ümumilikdə, sentyabrın 19-dan bölgədə 12 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi ləğv edilib.