"Qarabağ" Avropada ilk onluqdadır - SİYAHI

Avropanın milli çempionatlarında ən çox qol vuran komandalarının cədvəlinin ön sıralarında Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" da yer alır.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi geridə qalan 24 turda rəqib qapılarından 60 qol keçirib.

Qurban Qurbanovun rəhərlik etidiyi komanda bu göstəriciyə görə, Avropanın ən məhsuldar 10-cu komandasıdır. "Qarabağ" Türkiyə klubu "Fənərbağça" ilə 10-cu pilləni bölüşdürür.

Bu göstərici üzrə ilk onluq belədir:

1. "Srvena Zvezda" (Serbiya) - 24 oyun / 86 qol

2. "Seltik" (Şotlandiya) - 27 / 77

3-4. PSV (Niderland) - 23 / 71

3-4. TNS (Uels) - 26 / 71

5. "Bavariya" (Almaniya) - 23 / 69

6. "Barselona" (İspaniya) - 25 / 67

7. "Liverpul" (İngiltərə) - 27 / 64

8. PSJ (Fransa) - 23 / 62

9. "Sportinq" (Portuqaliya) - 23 / 61

10-11. "Qarabağ" (Azərbaycan) - 24 / 60

10-11. "Fənərbağça" (Türkiyə) - 24 / 60