Gömrük yoxlamaları zamanı son 6 ayda 54 cinayət faktı və 1234 inzibati xəta aşkarlanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin təşkil etdiyi mediatur zamanı məlumat verilib.
Rəsmi məlumatlara görə, bu dövrdə 261 412 ABŞ dolları, 21 728 avro və 100 000 funt sterlinq bəyan edilmədən keçirilməyə cəhd edilib.
Bundan əlavə, müxtəlif təyinatlı malların qanunsuz gətirilməsi ilə bağlı faktlar da qeydə alınıb.
Ümumilikdə 145 qutu güclü təsiredici dərman, 1520 konvolyut dərman preparatı, 11520 ədəd siqaret, 17 kiloqram balıq kürüsü və 1185 ədəd mobil telefon gömrük nəzarəti zamanı aşkarlanıb. Bu məhsulların bir hissəsinin şəxsi istifadə adı altında, digər hissəsinin isə kommersiya məqsədli qaçaqmalçılıq yolu ilə keçirilməsi planlaşdırılıb.
Zərgərlik məmulatları üzrə də qanunsuz daşınma hallarına rast gəlinib. Belə ki, gömrük əməkdaşları son 6 ay ərzində 13 337 karat brilyant və 1 544 qram qızıl aşkar edərək qanunvericilik çərçivəsində tədbirlər görüblər.