Qanunsuz silah gəzdirməkdə təqsirləndirilən Rza Səfərsoyun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rza Səfərsoy 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Dövlət ittihamçısı Rza Səfərsoyun 3 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə ittiham irəli sürülüb.