Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Noyabrın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 9 tüfəng, 5 patron darağı və 38 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər", - deyə DİN-dən bildirilib.