Qanunsuz olaraq saxladıqları ov tüfənglərini könüllü polisə təhvil veriblər

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, vətəndaşlara edilən müraciət, eləcə də aparılan profilaktiki işlərin nəticəsi olaraq rayonun Yuxarı Ağcayazı kənd sakinləri Cəlil və Həsən Hüseynovlar müvafiq sənədləri omayan “TOZ” markalı ov tüfənglərini könüllü olaraq polisə təqdim ediblər.