Mart ayında kriminal aləmdə daha çox Şakro Molodoy kimi tanınan 70 yaşlı Zaxari Kalaşov Krasnodar diyarının Ust-Labinski rayonunun Dvubratski kəndindəki cəzaçəkmə koloniyasından vaxtından əvvəl azad edilib. Bundan bir qədər sonra isə 59 yaşlı Oleq Medvedyev (Şişkan) ömürlük həbsı göndərildi. Rusiya mediası kriminal dünyanın iki nüfuzlu liderinin ailəsi haqda məlumatları toplayıb.
Şişkanla Şakro Molodoyun fərqli taleləri var, lakin oxşar ailələr var. Onların arvadlarını və varislərini Qərbdəki gözəl həyatları birləşdirir...
Zaxari Kalaşov bu ilin martında xəstəliyi səbəbindən azadlığa buraxılanda onu 44 yaşlı Marina Qoldberq gözləyirdi. Onun Abşeronskda anadan olduğu, sonra Xantı-Mansi Muxtar Dairəsindəki Koqalım şəhərinə köçdüyü güman edilir. 2003-cü ildən Marina Qoldberq Moskvada yaşayır.
Marina haqda ABŞ Maliyyə Departamentində xüsusi qovluq da var, bu xanım mafiyada iştirakda şübhəli bilinir. Şakronun özü ilə bağlı da həmin departamentdə ayrıca dosye var.
Şakronun Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsitutunun məzunu olan böyük qızı indi bloggerdir, özünü Mariya Kalaşik adlandırır. Onun "İnstagram" və “Tiktok” da yüz min izləyicisi var. O, Londonun həyatını işıqlandırır, gözəl restoranlara gedir, dəbdəbəli Harrods Univermağından aldıqlarını nümayiş etdirir. Mariya Kalaşik London Universitetində Bayes Biznes Məktəbində oxuyur, ancaq onun sosial media səhifəsinə əsasən bunu deyə bilməzsən. Bu yaxınlarda tüklü papaq taxan Kalaşik Britaniyanın ən mühüm elit tədbirlərindən biri olan "Royal Ascot"da ənənəvi kral at yarışında olub. Onun Londondakı mənzilindən "Big Ben"ə mənzərə açılır. Mariya çox səyahət edir, ən çox anası Marina Qoldberqin əlaqəli olduğu BƏƏ və Fransaya baş çəkir.
Şakro ailəsinin üzvlərinin Rusiyada biznesi yoxdur. Sosial şəbəkələrdən və məlumat bazalarından aydın olur ki, Mariya Kalaşik mütəmadi olaraq Moskvaya səfər edir və "Yazıçılar Evi"ndə dəyəri yarım milyard rubla qədər olan mənzillərdə qalır. Bu, Tverskaya küçəsi ilə Ermitaj bağı arasında yerləşən qeyri-adi yaşayış kompleksidir.
Şişkan ailəsinə gəlincə, xarici reyestrlərə görə onun xanımı Liliya Strokinanın 2000-ci illərdə Malaqa adasındakı “Lilia Beauty” salonlarının sahibi olub. Şişkanın arvadının və iki uşağının Marbellanın ən bahalı məhəlləsi olan Monte Paraisoda iqamətgahı var. Uşaqlar yerli elit məktəbdə oxuyurlar, qızı sosial şəbəkələrdə Marbelanı öz məmləkəti kimi təqdim edir. Şişkanın oğlu Avropada İvan Şişkanov Strokin adı ilə qeydiyyatdan keçib. İndi o, Amerikanın JPMorgan bankının Sürix ofisində analitik işləyir. İvan Rusiyada bir gün də təhsil almayıb. Əvvəl Marbelladakı kollecdə, orta məktəbi Kenterberidəki Kral Məktəbində, bakalavr dərəcəsini Uorvikşirdəki Uorvik Universitetində, magistr dərəcəsini Londonda İmperial Kollecində oxuyub.
Şişkanın qızı özünü Sofiya Nikol Strokina-Medvedeva adlandırır. Qardaşı kimi o, Marbelladakı Aloha Kollecində oxudu, lakin sonra öz yolu ilə getdi. Barselonadakı "Istituto Europeo di Design" məktəbinin tələbəsidir.
SPARK məlumat bazasına görə, Liliya Strokina təcrübəli iş qadınıdır. Paytaxtda "Lilia X2" gözəllik salonuna, Moskva yaxınlığındakı "Okean" Ramenski və Jukovski ticarət mərkəzlərində paylara sahibdir. Daha kiçik çaplı başqa müəssisələr də var. Ümumi gəliri təxminən 150 milyon rubl təşkil edir.
Şişkan ailəsi Moskvaya gələndə Novaya Ostojenka yaşayış kompleksindəki malikanədə qalırlar. Bu, Moskvanın ən bahalı ərazisi olan “Qızıl Mil”dir. Qiyməti təxminən 200 milyon rubl təşkil edir./musavat.com