Qanuni oğru Mihrəliyev ÖLÜ TAPILDI - Bu şəxslərlə mübahisə edibmiş...

Moskva vilayətində "Rajik Nijnevartovski" ləqəbi ilə tanınan qanuni oğru Rajidin Mihrəliyevin meyiti aşkarlanıb.

Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb .

Bildirilib ki, cinayətkarın cəsədi Lenin şəhərinin Drujba qəsəbəsində tapılıb. Ehtimal edilir ki, o, olümündən əvvəl kriminal cəmiyyətin yerli nümayəndələri ilə mübahisə edib.

Nijnevartovski intihar qeydi qoymayıb. Amma onun intihar etməsi də ehtimallar arasındadır.

Mihrəliyev 1970-ci ildə Dağıstanın Asakent şəhərində doğulub. 2013-cü ildə ona kriminal avtoritetlər - Vasya Voskres və Zyatek tərəfindən "tac qoyulub".

Sağlığında Mihrəliyev bir neçə sui-qəsd cəhdindən sağ çıxıb. O, narkotik saxlama ittihamı ilə də dəfələrlə məsuliyyətə cəlb edilib.