Qalmaqallı tibbi sınaqlar - UŞAQLARA NARKOMAN VƏ MƏHBUSLARIN HEPATİT C VƏ QİÇS İNFEKSİYALI QANI VURULUB

klinik sınaqlarda uşaqlardan "təcrübə siçanları" kimi istifadə edilib.
Stopnarkotik.az xəbər verir ki, BBC jurnalistləriin əlinə 1970-80-ci illərdə uşaqlar üzərində infeksiyalı qan məhsullarının istifadə edildiyi genişmiqyaslı təcrübələr haqda sənədlər keçib. Təcrübələr 15 ildən çox davam edib və yüzlərlə insanı əhatə edib. Uşaqların hepatit C və HİV-ə yoluxub. Təcrübədə  qanaxma pozğunluğu olan uşaqlar iştirak edirmiş, amma ailələr çox vaxt onların iştirakına razılıq vermirdilər. Qeydiyyata alınan uşaqların çoxu artıq ölüb.
1970-80-ci illərdə Böyük Britaniyada qan məhsullarının çatışmazlığı səbəbindən onlar ABŞ-dan gətirilib. Bu qan məhsulları üçün qan plazması isə Hepatit C də daxil olmaqla, potensial olaraq ölümcül virus daşıyıcıları olan məhbuslar və narkomanlardan götürülüb. Bütün ölkə üzrə hemofiliya mərkəzlərindəki Britaniya həkimləri həmin qan məhsullarından istifadə edirdilər, baxmayaraq ki, onların infeksiyalara yoluxmuş ola biləcəyindən məlumatlı idilər.
Məsələn, həmin dövrün pasientlərindən olan və yüngül hemofiliya forması daaşıyıcısı olan Lyuk O'Şea-Filips 1985-ci ildə üç yaşında ağzında kiçik bir kəsik səbəbiylə Londonun mərkəzindəki "Middlesex Xəstəxanası"nda müalicə olunarkən ölümcül hepatit C virusuna yoluxub. Ona qəsdən bu sınaqda iştirak edə bilməsi üçün həkiminin infeksiyalı ola biləcəyi ehtimalı olduğunu bildiyi qan məhsulu verildi.
Lyuk O'Şea-Filipsin həkimləri Samuel Maçin və Peter Kernof öz hesabatlarında təcrübələr üçün tibb ictimaiyyətində "küçük" kimi tanınan "əvvəllər müalicə olunmamış xəstələrə" ehtiyac duyduqlarını yazıblar. Sənədlər göstərir ki, həkimlər Lyukun hepatit C xəstəliyinə tutulduğunu hələ 1993-cü ildə bilirdilər, lakin 1997-ci ilə qədər bu barədə məlumat verilməyib. Bir tibbi qeyd sınağın müsbət nəticəsini göstərir və "Bunu xəstə və ya ailəsi ilə müzakirə etməmişik" kimi göstərilir.
Hempşirdəki Alton yaxınlığındakı "Treolar Xüsusi Məktəbi2ndə hemofiliyalı oğlanlardan ibarət böyük bir qrup iştirak edib. Onların həkimi, sonradan vəfat edən Dr. Entoni Aronstam geniş klinik təcrübələr üçün özünün “unikal” oğlanlar qrupundan istifadə etdi. Bu sınaqlara infeksiyalı qan məhsullarının həmin uşaqlara təkrar inyeksiyası və sonrakı qan testləri daxil olub. Oğlanlara onların və valideynlərinin razılığı olmadan yüksək konsentrasiyalı infeksiyalı qan məhsulları vurulub.
1974-1987-ci illər arasında "Treloar Kolleci"ndə oxuyan 122 tələbədən 75-i HİV və hepatit C-dən ölüb. Nəşr edilmiş sənədlər hökumətin 1973-cü ildə "Treloar sınaqları"ndan xəbərdar olduğunu və xərclərin bir hissəsini öz üzərinə götürdüyünü göstərir. Qalmaqalla bağlı ictimai araşdırma aparılır. Yekun hesabat may ayında verilməlidir.

Stopnarkotik.az