Qadınlardan ibarət terror qruplaşması ifşa edildi

Rusiya təhlükəsizlik qüvvələri Tatarıstan Respublikasında qadın terror təşkilatının fəaliyyətini dayandırıb.

Stopnarkotik.az lent.az-a istinadla xəbər verir ki, strukturun üzvləri “qondarma qlobal xilafətin yaradılması doktrinasına” əsaslanaraq Rusiyada terror ideologiyasını yaymaq və qruplaşmaya üzvlər cəlb etməklə məşğul olublar.

Bildirilib ki, axtarışlar zamanı rabitə vasitələri, elektron yaddaş daşıyıcıları və Rusiyada qadağan olunmuş külli miqdarda ekstremist ədəbiyyat aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb.