“Zelenoqrad Çikatilosu” kimi tanınan Yuri Qritsenko iyunun 14-də azadlığa çıxa bilər.
Bu barədə SHOT teleqram kanalı yazıb.
Qritsenko 22 ilini Mordoviyadakı 10 saylı islah koloniyasında keçirib. Telekanalın məlumatına görə, o, həbsxanada digər məhbuslara qarşı aqressiya nümayiş etdirib və hətta iğtişaş təşkil etməyə cəhd edib. Son doqquz ay ərzində o, xüsusi psixiatriya komissiyasının nəzarəti altındadır və bu komissiya onun azadlığa buraxılmasına qadağa qoya bilər.
6 noyabr 1962-ci ildə Zelenoqradda anadan olan Qritsenko uşaqlıqdan özünə şübhə və qadınlara nifrətdən əziyyət çəkib. Orduda xidmət etdikdən sonra hüquq-mühafizə orqanlarında işləyib, amma sərxoşluq etdiyi üçün işdən çıxarılıb.
1993-cü ildə o, ilk cinayətini törədərək adam öldürüb. Buna görə doqquz il həbs cəzasına məhkum edilib. Lakin 2000-ci ilin sonunda şərti olaraq azadlığa çıxıb.
2001-ci ildə Qritsenko yenidən qadınlara hücum etməyə başlayıb. Moskva və Moskva vilayətinin beş sakinini öldürüb, on nəfəri isə yaralayıb.
Cinayətkar şərti azadlıqdan sonra yenidən məsuliyyətə cəlb olunaraq həbs edilib./publika.az