Türkiyədə 3 qadın avtobusda narkotik maddə qəbul edib.
Stopnarkotik.az baku.ws-ə istinadən xəbər verir ki, kimliyi bəlli olmayan üç qadın ictimai nəqliyyatda narkotik maddə hazırlayıb, qəbul ediblər.
Onlar həmin anları lentə alaraq sosial şəbəkə hesablarında yayımlayıblar. Aparılan araşdırmalardan sonra həmin qadınların Ceren A., Melike D. və Yaren A. olduğu məlum olub.
İstanbul polisi onların yaşadığı Esenyurtda əməliyyat keçirərək onları həbs edib.
Onlardan sadəcə Ceren A. azadlığa buraxılıb.