Qadının büstqalterindən "patı" tapıldı və həbs edildi - MARAQLI HADİSƏ

İrəvanda, Baqramyan prospektində 33 yaşlı qadını saxlanılıb və onun büstqalterindən metamfetamin tipli narkotik maddə aşkar edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.

Saytın məlumatına görə, Ermənistan Daxili İşlər Nazirliyinin polis əməkdaşları Dövlət Gəlirləri Komitəsinin əməkdaşları ilə birgə martın 6-da İrəvan sakini Armenui G.-ni narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə əsasında  saxlayıblar. Saxlanılan şəxs “Honda” markalı avtomobil idarə edib.

Hadisə yerində şübhəlinin şəxsi baxışı keçirilib və büstqalterinin içərisindən yapışqanla bükülmüş bağlama aşkar edilib. Bağlamanın içərisində metamfetaminə bənzər, təxminən 125 qram ağırlığında ağ kristal kütlə olub.

Saytın məlumatına görə, İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.

Stopnarktoik.az