Türkiyədə çəkilən və sosial mediada paylaşılan görüntülər gündəm yaradıb. Sözügedən görüntülərdə bir qadının yanında oturan sərnişinin hicabını açmağa çalışdığı aydın şəkildə görülür.
Sürətlə yayılan bu görüntülərdən sonra İstanbul Prokurorluğu dərhal hərəkətə keçib. Təhlükəsizlik kamerası görüntüləri araşdırıldıqdan sonra sözügedən qadın haqqında istintaq başladılıb.
Çəkilən görüntülərdə qadının hicabını açmaq istəyən şəxsə kənardan müdaxilələr də edilib. “Camaatın nə geyindiyinə niyə qarışırsan? Mən sənin geyiminə qarışıb, nə isə deyirəmmi? Mənim anam da hicablıdır” - deyənlər olsa da qadın onlara məhəl qoymayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Sözügedən görüntüləri təqdim edirik:
Yenisabah.az