Bakı şəhər sakini olan qadın bir nəfərin onun görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 500 manatını alması barədə polisə müraciət edib.
Stopnarkotik.az xəbər verir ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən T.Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.