Qadına qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüsü həbs olundu - MƏHKƏMƏ QƏRARI

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.

Əldə etdiyimiz məlumata əsasən, onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib və K.Rüstəmov 20 sutka inzibati qaydada həbs edilib.

Stopnarkotik.az