Tayland 2022-ci ildə narkotiki dekriminalizasiya etməsinə baxmayaraq, çətənədən istirahət üçün istifadəni qadağan etməyi planlaşdırır. Bu dəyişiklikdə Tayland çətənəni yenidən qeyri-leqal maddə kimi təsnif etməyi və onu yalnız xəstələrə tibbi məqsədlərlə, becərənlərə və tədqiqat məqsədləri üçün araşdırmaçılara istifadəni icazə verməyi planlaşdırır.
Stopnarkotik.az-ın verdiyi xəbərə görə, səhiyyə naziri Somsak Tepsutin Facebookda etdiyi paylaşımda çətənədən istirahət məqsədilə istifadəyə qadağa qoyulacağını açıqlayıb. Səhiyyə nazirinin açıqlaması isə baş nazir Sretta Tavisinin ona marixuananı istirahət üçün qadağan olunmuş maddə kimi təsnif etməyə çağırmasından bir neçə həftə sonra gəlib.
“Bangkok Post” qəzetinin məlumatına görə, Tepsutin həmçinin bildirib ki, yalnız marixuana qönçələri 5-ci narkotik kimi təsnifləşdiriləcək. 5-ci kateqoriyaya aid narkotiklər, o cümlədən tiryək və psilosibin istehsalı, idxalı, ixracı, satışı və saxlanması üçün Taylandda cinayət cəzası var. Tepsutin, marixuananın yarpaqları, budaqları, kökləri, gövdələri və toxumlarının istifadəsi təsdiqlənmiş tibbi məqsədlər üçün saxlanacaq.
5-ci kateqoriya siyahısından çıxarılan çətənə oxşar məhdudiyyətlərə məruz qalmayacaq.
Yeni siyasət, Taylandın 2022-ci ildə marixuananı dekriminallaşdırmaq üçün atdığı addımı ləğv edir, amma bu Asiya ölkəsi hələ nəyin harada satışını necə məhdudlaşdırmaq üçün qaydalar və icra mexanizmlərinin tətbiqini müəyyənləşdirə bilməyib.
Nəzarətsiz bazar şəraitində minlərlə mağaza açıldı və bu, siyasətçiləri problemi həll etməyə sövq edib. “Thaiger” nəşri bildirib ki, narkosiyasət dəyişikliyi mağaza sahibləri də daxil olmaqla, çətənə hüquqlarını müdafiə edən qrupların geniş etirazlarına səbəb olub.
Tavisin vəzifəyə gəldikdən qısa müddət sonra marixuananı dekriminallaşdıran ilk Asiya ölkəsi olan Taylandda çətənənin yalnız tibbi məqsədlər üçün istifadə edilməsinə icazə verən qanunları yenidən yazacağını vəd edib. Belə ki, ötən ilin avqustunda işə başlayan baş nazir Tavisin dəfələrlə marixuananın əyləncə məqsədilə istifadəsinə qarşı olduğunu bildirib. Çətənənin qadağasına gətirən daha bir səbəb ötən günlərdə Britaniyanın “Coldplay” rok qrupunun Banqkokdakı konsertində meydana gəlib. Belə ki, sosial şəbəkələrdə çoxsaylı tamaşaçılar tamaşa zamanı hiss olunan kəskin marixuananın iyindən şikayətləniblər.
Stopnarkotik.az