Qaçaqmalçılar Polşa gəmiləri ilə narkotik daşıyır - ŞOK HADİSƏ

Narkotacirlər beynəlxalq sularda “ağ ölüm zəhəri” daşımağın yeni metodunu icad ediblər. Onlar bu dəfə cinayət işləkləri üçün Polşanı seçiblər. Polşa bayrağı altında üzən gəmilər narkotik qaçaqmalçıları arasında yeni tendensiyaya çevrilib.

Stopnarkotik.az-ın verdiyi xəbərə görə, Atlantik okeanı boyunca narkotikdaşıyan qaçaqmalçılar bir il əvvəl Polşada tətbiq edilən yeni gəmi qeydiyyatı sistemindən rahat istifadənin yolunu tapıblar. Uzunluğu 24 metrə qədər olan qayığı tez və ucuz qeydiyyatdan keçirmək həmişəkindən daha asanlaşıb. Bu həcmdə olan qayıqların qeydiyyatı 2 mindən 77 minə qədər artıb və nədənsə bu qayıq sahiblərinin üçdə biri yaşayış yerini Polşanın kənarındakı şəhərlər kimi qeyd edir.

Həmçinin, Polşa saytları gəmilərin Böyük Britaniya və ABŞ-da yerləşən şirkət mülkiyyəti kimi qeydiyyata alınması variantını təklif edir ki, bu da qayığın əsl sahibinə öz şəxsiyyətini gizlətməyə imkan verir. Eyni zamanda, qeyd olunur ki, mövcud Polşa qanunvericiliyi faktiki olaraq cinayətkarlara kiminsə ərazi sularına daxil olana qədər gizlənməyə imkan verir. Axı heç kimin ixtiyarı yoxdur ki, Aİ ölkələrindən birinin bayrağı altında gəmini dayandırsın. Başqa bir hüquqi nüans var - məsələn, bir neçə il əvvəl Portuqaliya hakimiyyəti Azor adaları yaxınlığında iki hollandiyalı və 1,2 ton kokain olan gəmini ələ keçirdi. Amma Portuqaliya məhkəməsi bu gəmini tutmaq üçün əməliyyatı qeyri-qanuni elan etdi, çünki Polşa hakimiyyəti bu qayığa sanksiya qoymadı. Nəticədə narkotik daşıyanlar Portuqaliyanı sakitcə tərk etdilər.

Stopnarkotik.az