Qabyuyan süngərdən hansı xəstəliklər keçə bilər?

Qab yumaq üçün son 5 ildir evlərə ayaq açan süngər (qubka) zamanla mətbəxin ən təhlükəli əşyasına çevrilir.

Stopnarkotik.az “medicina”ya istinadən xəbər verir ki, biotexnoloq Mariya Zolotareva bu süngərlərin bədəndə hansı xəstəliklər yaratdığını açıqlayıb:

“Süngərin dərinliklərində hansı ki, yumaqla da təmizlənimir, minlərlə mikoorqanizm yığılır. Bu süngər çirkliliyinə görə, unitaz qapağından da irəlidədir.

Onda yağ, qida, piy, çirk qalıqları ilişib qalır və bakteriyalar sürətlə çoxalır. Söhbət enterobakteriyalardan gedir.

Bu qrup bakteriyalara bağırsaq çöpləri, stafilakok, klebsiella patogenləri aiddir.

Sonuncular tənəffüs, ağciyər xəstəlikləri yarada bilir.

Klebsiella ağız, göz, sidik kisə, beyin və oynaqların selikli qişasını zədələyir, peritonit, sepsis, iltihabi xəstəliklər yaradır.

Digər təhlükə bu bakteriyaların antibiotiklərə davamlı olmasıdır.

Ona görə də keyfiyyətli süngər almalı, onu dezinfeksiya etməli və 7 gündən bir dəyişməlisiz. Sizin bir neçə ayrı süngəriniz olmalıdır: qab üçün ayrı, səthləri silmək üçün ayrı, uşaqlar üçün ayrı və meyvə-tərəvəz yumaq üçün ayrıca.

Süngərləri işlətdikdən sonra qaynar su və sodada saxlayıb, sonra yumaq olar”.