“Mən atayam, prezidentəm və insanam. İnsanları, uşaqları itirmək çox çətindir. Siz bu insanları, bu valideynləri görürsünüz. Övladları ölənlər Putini öldürmək istəyirlər. Hamımız bunu çox istəyirik. Mən də belə məqamlarda Putini öldürmək istəyirəm”.
Bunları Ukrayna Prezidenti Volodimir Zelenksi amerikalı jurnalist Bret Bayerin Rusiyanın Oxmatdit uşaq xəstəxanasına hücumu ilə bağlı sualını cavablandırarkən deyib.
Zelenski Putinin bu yolla NATO-ya mesaj verdiyini bildirib:“Mənə elə gəlir ki, onun üçün heç bir fərqi yoxdur. Rusiyanın bu hücumu Putinin bütün dünyaya bundan sonra da bunu edəcəyinə dair verdiyi bir mesajdır. Bu, NATO dövlətlərinə və bütün müttəfiqlərimizə bir mesajdır”.