Putin Qarabağda baş verən son hadisələrə münasibət bildirib.
Stopnarkotik.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın İrəvan və Bakının hakimiyyət orqanları ilə daimi təmasda olduğunu bildirib:
"Bizim sülhməramlılarımız cəlb olunmuş bütün tərəflərlə çox aktiv şəkildə işləyir. Mülki əhalini qorumaq üçün hər şeyi edirlər".
O qeyd edib ki, Moskva Qarabağdakı problemin sülh yolu ilə həllinin mümkünlüyünə inanır.