Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Bu sənəd Rusiya Federasiyasının nüvə silahı tətbiq etmə şərtlərini və prinsiplərini daha dəqiq müəyyən edir.
Bu barədə "TASS" məlumat yayıb.
Nüvə doktrinasının əsas müddəaları:
- Rusiya Federasiyasına və onun müttəfiqlərinə qarşı nüvə silahına malik olmayan ölkə tərəfindən, nüvə dövləti dəstəyi ilə edilən aqressiya birgə hücum kimi qiymətləndiriləcək;
- Rusiya Federasiyasının nüvə silahı tətbiq etməyə hazırlığı və qətiyyəti nüvə çəkindirici qüvvəni təmin edəcək;
- Rusiya Federasiyası özünün və Belarusun suverenliyinə və ərazi bütövlüyünə ciddi təhdid olduğu halda nüvə silahı tətbiq edə bilər;
- Yenilənmiş nüvə doktrinasında nüvə çəkindiriciliyi tədbiq edilən düşmən anlayışı müəyyən edilir;
- Nüvə silahı tətbiqi şərtlərindən biri Rusiya Federasiyasına qarşı ballistik raketlərin buraxılmasıdır;
- Rusiya Federasiyasına qarşı aqressiya üçün ərazi və resursların təqdim edilməsi həmin dövlətə qarşı nüvə çəkindiriciliyinə əsas yaradır.
Doktrinada həmçinin vurğulanır ki, nüvə silahının mövcudluğu və onun tətbiq edilməyə hazırlığı, nüvə çəkindirici qüvvənin əsasını təşkil edir.
Bu yenilənmiş doktrina, Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün nüvə qüvvələrinin istifadəsini dəqiqləşdirən strategiyası kimi qiymətləndirilir./"qaynarinfo"