Vladimir Putin Priqojinin dəfn mərasimində iştirak etməyəcək.
Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O, Kremlin planlaşdırılan dəfn mərasimlərindən xəbəri olmadığını söyləyib.
“Bu kimi məsələlərlə bağlı qərarları qohumlar və dostlar verir. Odur ki, biz onlarsız heç nə deyə bilmərik”, - Putinin mətbuat katibi bildirib.
Xatırladaq ki, Rusiyanın İstintaq Komitəsi Priqojinin təyyarə qəzasında həlak olanlar arasında olduğunu təsdiqləyib. Komitə açıqlamasında bildirib ki, məhkəmə-tibbi ekspertizadan sonra ərazidən çıxarılan 10 cəsədin hamısının şəxsiyyəti müəyyən edilib.