Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətindəki vəziyyətlə bağlı iclas keçirib.
Bu barədə TASS məlumat yayıb.
Bildirək ki, avqustun 6-da Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin bölgəyə daxil olmaq cəhdi barədə məlumat verib və o vaxtdan sərhəd bölgəsində döyüşlər davam edir. Rusiya Silahlı Qüvvələrinin ehtiyatları Kursk vilayətinə yerləşdirilib, avqustun 11-dən isə bölgədə antiterror əməliyyatı rejimi tətbiq edilib. Sərhəd rayonlarında evakuasiya elan edilib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, artıq 76 mindən çox Kursk sakini evlərini tərk edib.