Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə işgüzar görüş keçirir.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Müraciətdən sonra Vladimir Putin hazırda Baş prokuror İqor Krasnov, Kremlin Baş Qərargah rəisi Anton Vaynonun, daxili işlər naziri Vladimir Kolokoltsevin, müdafiə naziri Sergey Şoyqunun, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bort
nikovun, Milli Qvardiyanın rəisi Viktor Zolotov və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin iştirakı ilə işgüzar görüş keçirir” - deyə, o bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti xalqa müraciətində deyib ki, silahlı üsyan istənilən halda yatırılacaqdı:
“Son anda dayanıb qan tökməyə getməyən Vaqner əsgərlərinə təşəkkür edirəm
“Vaqner” hərbi şirkətin döyüşçüləri Müdafiə nazirliyi ilə müqavilə imzalaya, evə qayıda və ya Belarusa yollana bilərlər.
Bu üsyanın təşkilatçıları ölkəni zəiflətməyə yönəlmiş cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmalıdırlar”.