Sənətşünas, rəssam və kolleksiyaçı Eliy Belyutinin dul arvadı Nina Moleva Moskvada vəfat edib. 2013-cü ildə o, mərhum ərinin 2 milyard dollar dəyərində rəsm kolleksiyasını Vladimir Putinə vəsiyyət edib.
Bu barədə "Agentstvo” nəşri yazır.
Molevanı tanıyan jurnalist Yelena Tokaryeva nəşrə bildirib ki, o, bazar ertəsi 98 yaşında vəfat edib, Molevanın dəfn mərasimi və cənazəsinin kremasiyası çərşənbə günü keçiriləcək.
Vəsiyyətnaməyə görə, Molevanın ölümündən sonra böyük şəxsi rəsm kolleksiyası Rusiya prezidentinə keçməlidir. Moleva kolleksiyanı dövlətə vəsiyyət etmək istəyirdi. Lakin o, 2015-ci ildə "Moskovski Komsomolets”ə dediyi kimi vəsiyyətnamə tərtib edərkən ona izah ediblər ki, o, dövlətin deyil, yalnız şəxsin və ya hansısa qurumun adını varis kimi göstərə bilər. Molevanın sözlərinə görə, belə halda kolleksiyanı Putinə vəsiyyət edib.
Molevanın danışdığına görə, kolleksiyanı toplamağa Bilyutinin babası İvan Qrinev 1870-ci illərdə başlayıb. Ölümündən sonra rəsmlər qızı Lidiya Qrinevaya və ondan Qrinevin nəvəsi, məşhur avanqard rəssam Eliy Belyutinə miras qalıb.
Belyutin 2012-ci ildə vəfat edib. Ölümündən sonra kolleksiya Bilyutinin dul arvadı Molevada qalıb.
Kolleksiyada Rubens, Rembrandt, Titian, Van Deyk, El Qreko, Leonardo da Vinçi və digər klassik rəssamların əsərlərinin olduğu iddia edilib. "Hotel Drouot” ekspert evinin qiymətləndirməsinə görə, kolleksiyanın ümumi dəyəri 2 milyard dollara çata bilər.