"Prius”a minən 45 yaşlı kişi yoxa çıxdı - BAKIDA MÜƏMMALI OLAY

Bakıda 45 yaşlı kişi itkin düşüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə polisə Bakı şəhəri sakini, 1940-cı il təvəllüdlü Heydər Vəliyev ərizə ilə müraciət edib.

O bildirib ki, oğlu 1978-ci il təvəllüdlü Ehtiram Vəliyev tanışı, Bakı şəhər sakini 1993-cü il təvəllüdlü İnqilab Hüseynovla birlikdə iyunun 13-də oğluna məxsus “Mercedes” markalı avtomobillə yaşadığı ünvandan çıxıblar.

Daha sonra Səbail rayonu Badamdar yolunda avtomobili saxlayıb və “Toyota Prius” markalı avtomobilə əyləşərək oradan uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.