Ekvadordan gələn bu xəbərə dünyanın bütün əsas mediaları reaksiya verdi. Ekvadorda prezidentliyə namizəd Fernando Villavicencio güllələndi. O, polislərin müşayiəti ilə siyasi çıxış yerini tərk edəndə avtomobilə minərkən başından üç güllə ilə öldürüldü.
Sui-qəsdçilərdən üçü pulemyotla atəş açıb, Vilyavisensiodan başqa 9 nəfər yaralanıb, onların arasında yerli qanunvericilik məclisinə nümayəndəliyə namizəd olan bir qadın və iki polis də var. Eləcə də xəbər verilir ki, hücum edənlərdən biri də polislə atışmada öldürülüb.
Və bütün bunlar avqustun 20-nə - prezident seçkilərinə on gün qalmış baş verdi.
Ekvador son vaxtlara qədər Latın Amerikasının nisbətən sakit ölkəsi hesab olunurdu. Lakin son bir il yarım ərzində ölkə narko - kartellərin kriminal işləklərinin artması sayəsində böhranlarla sarsılıb. Bu narko – kartellərin arasında ən güclü olanı Meksikanın “Sinaloa” kartelidir. Bundan əvvəl isə Vilyavisensio bu kokain baronundan üç ölüm xəbərdarlığı almışdı. Son günlər o, gücləndirilmiş cangüdənlər müşayiəti ilə təmin olunmuşdu, lakin bu da onu xilas etmədi.
59 yaşlı prezidentliyə namizəd həm də korrupsiyaya qarşı mübarizə aparan şəxs kimi tanınır. O, 2007-2017-ci illərdə ölkəyə rəhbərlik etmiş prezident Rafael Korreanın ən sərt tənqidçilərindən biri olub. Kuba, Venesuela və Nikaraquada Latın Amerikasının solçu diktaturalarının qızğın tərəfdarı kimi tanınan Fernando qrinqolara qarşı vahid Latın Amerikası cəbhəsi yaratmağa söz vermişdi, ABŞ-la vahid ticarət zonasının yaradılmasına qarşı çıxmışdı, prezident Corc Buşu isə "heyrətamiz axmaq insan" adlandırıdı.
Vilyavisensio Korreaya qarşı "yalan yaymaq" ittihamı ilə 18 ay həbs cəzasına məhkum edilsə də, ölkəni tərk etməyi bacarmışdı və qonşu Perudan siyasi sığınacaq almışdı. Daha sonra prezident Korreanın külli miqdarda korrupsiya iddiaları tam təsdiqini tapdı. 2020-ci ilin aprelində Ekvador məhkəməsi onu irimiqyaslı korrupsiya sövdələşmələrində təqsirli bildi və qiyabi olaraq 8 il həbs cəzasına məhkum etdi. İki il əvvəl isə 2018-ci ilin iyulunda Ekvador məhkəməsi deputatlardan birinin oğurlanmasında iştirak ittihamı ilə Korreanın həbsinə qərar verdi. Daha sonra Ekvador hakimiyyəti keçmiş prezidenti beynəlxalq axtarışa verdi. Lakin Korrea tutulmaqdan və həbsdən qaçdı - 2017-ci ildən Belçika vətəndaşı ilə evlənərək Brüsseldə məskunlaşdı.
Bu yaxınlarda Ekvadorun hazırkı prezidenti, mühafizəkar sağçı bankir Qilyermo Lassoya qarşı korrupsiya ittihamları irəli sürüldü. O, ölkənin dövlət nəqliyyat şirkəti ilə özəl tanker firması arasında korrupsiya anlaşmasına razılıq verməkdə ittiham olunub.
Buna cavab olaraq Lasso yerli parlamenti qovdu ki, elə bu da konstitusiyaya görə, plandan kənar prezident seçkilərinin keçirilməsinə gətirdi. Hazırda seçkilərdə 8 namizəd iştirak edir. Bunlardan lider 45 yaşlı hüquqşünas, Milli Assambleyanın üzvü Luiza Qonsalesdir. İşlədiyi müddətdə o, Rafael Korrea ilə sıx bağlantıda olub və onun administrasiyasında xidmət edib.
Qonsales özünü demokratik və sosialist adlandıran solçu “Movimiento Revolucion Ciudadana” (Vətəndaşların İnqilab Hərəkatı) partiyasına rəhbərlik edir.
Onun Ekvadorun yeni prezidenti olması tamamilə mümkündür - Latın Amerikasında son illərdə ən yüksək vəzifələrə qadınların seçilməsi dəb halını alıb. Bununla belə, Luiza Qonsalesin korrupsiyaya qarşı fəal mübarizə aparacağı gözləntisi yoxdur. Seçki ərəfəsində aparılan müstəqil araşdırma nəticəsində məlum olub ki, Qonsales tez-tez şəxsi təyyarələrdən istifadə edən və “vergi cənnəti” olan BƏƏ, Lüksemburq, Panama və s. kimi ölkələrə uçan parlamentarilərdən biridir. Ekvador “Xüsusi Nəzarətçi Ofisi”nin hesabatında deyilir ki, Qonsales prezident təyyarəsini də qanunsuz səfərləri üçün istifadə edib və bu büdcəyə 880 min dollara başa gəlib.
Bəs ölkənin yeni rəhbərliyinin kim olmasının - sağçı ya solçu olmasının nə fərqi var. Onların hamısında korrupsiya damğası var. Namizədlərin ortasında isə silah və pulun köməyi ilə ölkədə hakimiyyətə də iddialı olan nüfuzlu narkotik mafiyası var.
Stopnarkotik.az