Ekvadorda prezidentliyə namizəd Fernando Villavicencionun qətlində əli olduğu üçün saxlanılan 6 nəfər həbsxanada ölü tapılıb.
Stopnarkotik.az xəbər verir ki, Milli Həbsxanalar Agentliyi (SNAI) məlumat yayıb.
Bildirilir ki, ölü tapılan insanların üzərində heç bir işgəncə izi və ya yara yoxdur. Hadisədən xəbər tutan prezident Gilyermo Lasso təhlükəsizlik kabinetini toplayıb.
"Korrupsiyaya qarşı mövqeyi" ilə tanınan prezidentliyə namizəd Fernando Villavicencio avqustun 9-da paytaxt Kitoda avtomobilinə minərkən başına üç dəfə atəş açan hücumçu tərəfindən öldürülüb.Sui-qəsddən sonra cinayət təşkilatlarına qarşı əməliyyat keçirən təhlükəsizlik qüvvələri hadisə ilə əlaqəsi olduğu ehtimal edilən 7-si Kolumbiyalı olmaqla 13 nəfəri saxlayıb.