Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Axar.az fərmanın mətnini təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2567 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na aşağıdakı məzmunda 1.2-4-cü bənd əlavə edilsin:
“1.2-4. Bu Qaydanın müddəaları Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6.1-1-ci və 6.1-2-ci bəndlərinə uyğun olaraq sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunmasına şamil edilmir.”.
***
Prezident İlham Əliyev “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1162-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 24.1-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1162-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 607 (Cild I); 2024, № 3, maddə 258) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “24.1-ci (hər iki halda)” sözlərindən sonra “, 24.1-1-ci” sözləri əlavə edilsin;
3.2. 2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:
“2.8. həmin Qanunun 24.1-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.”.
4. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2442 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1703 (Cild I) ilə təsdiq edilmiş “Qida zənciri obyektlərinin və qida zənciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması və Qida Təhlükəsizliyi Reyestrinin aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. aşağıdakı məzmunda 3.1-1-ci və 4.1-1-ci bəndlər əlavə edilsin:
“3.1-1. Alkoqollu içkilərin idxalı həyata keçirilən qida obyektlərinin və bu sahədə qida obyekti olmadan fəaliyyət göstərən qida subyektlərinin qeydiyyata alınması üçün Agentlik Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğunluğa dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyini alır. Rəyin verilməsi üçün müraciətə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.”;
“4.1-1. Alkoqollu içkilərin istehsalı həyata keçirilən qida obyektlərinin təsdiqi üçün Agentlik Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğunluğa dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəyini alır. Rəyin verilməsi üçün müraciətə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.”;
4.2. 10.1.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 10.1.9-cu yarımbənd əlavə edilsin:
“10.1.9. alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektləri və bu sahədə qida obyekti olmadan fəaliyyət göstərən qida subyektlərinə münasibətdə həmçinin Qanunun 24.1-4-cü maddəsində nəzərdə tutulmuş hallarda.”.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1163-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 968 (Cild I) 3-cü hissəsinə “sənədlərin” sözündən sonra “və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540 Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 4.1.5-ci yarımbəndinə “sənədləri” sözündən sonra “və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışı” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 881 (Cild I) ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.5.3-cü yarımbəndə ikinci halda “sənədlərin,” sözündən sonra “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın,” sözləri əlavə edilsin;
3.2. 3.4.2-ci yarımbəndə ikinci halda “sənədlərə,” sözündən sonra “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışa” sözləri əlavə edilsin;
3.3. 5.6-cı bəndə ikinci halda “sənədlərin,” sözündən sonra “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın,” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1163-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1161-VIQD nömrəli Qanununun tətbiqi və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 573 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.2-ci, 4-1.4 – 4-1.6-cı və 10.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 10.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 4-1.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 4-1.2-ci və 4-1.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 4-1.6-cı maddəsində “orqan (qurum)” dedikdə qeydiyyata alınmadan tütün məmulatının idxalı fəaliyyətinin həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsinə və qanunla müəyyən edilən qeydiyyat şərtlərinə nəzarət edilməsinə münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq, tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair tələblər aşağıdakı kimi müəyyən edilsin:
2.1. 2024-cü il üzrə istehsal olunacaq hər 1000 ədəd tütün məmulatına görə minimum 60 qram;
2.2. 2025−2026-cı illər üzrə istehsal olunacaq hər 1000 ədəd tütün məmulatına görə minimum 72 qram;
2.3. 2027−2029-cu illər üzrə istehsal olunacaq hər 1000 ədəd tütün məmulatına görə 96 qram;
2.4. 2030-cu və hər sonrakı il üzrə istehsal olunacaq hər 1000 ədəd tütün məmulatına görə 120 qram.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.4-cü maddəsinə uyğun olaraq, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin aparılması qaydasını və Reyestrin əsasnaməsini dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1161-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
4. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 573 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 588 (Cild I) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“3. Müəyyən edilsin ki:
3.1. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.2-ci, 4-1.4 – 4-1.6-cı və 10.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun 10.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
3.3. həmin Qanunun 7.2-ci, 8.3-cü, 9.4-cü, 11.5-ci, 12.4-cü və 19.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.4. həmin Qanunun 4-1.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
3.5. həmin Qanunun 4-1.2-ci və 4-1.5-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
3.6. həmin Qanunun 4-1.6-cı maddəsində “orqan (qurum)” dedikdə qeydiyyata alınmadan tütün məmulatının idxalı fəaliyyətinin həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsinə və qanunla müəyyən edilən qeydiyyat şərtlərinə nəzarət edilməsinə münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
3.7. həmin Qanunun 11.1-ci, 11.4-cü, 12.1 – 12.3-cü, 13.2-ci və 18.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
3.8. həmin Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.