Portuqaliyada SOS - NARKOTİK İSTİFADƏSİNİN DEKRİMİNALLAŞDIRILMASI "BƏHRƏ VERİR"

Portuqaliya yavaş-yavaş istənilən növ narkotikin - kokain, heroin, marixuana və başqa hər cür narotikin istehlakının faktiki dekriminallaşdırılmasının “uğurlu” meyvələrini toplayır. Stopnarkotik.az "The Washington Post"a istinadla bildirir ki, Portuqaliyada bu mövzuda həyəcan təbili çalınır. 

Narkotikin dekriminallaşdırılmasının bəhrələri bunlardır - cinayət nisbəti kəskin şəkildə artıb, həmçinin barların, əlavə kilidlərin və təhlükəsizlik xidmətlərinin populyarlığı da çoxalıb. Orda-burda, rəngarəng və xarizmatik qruplarda dövlətin verdiyi təmiz şprislər, tütün çəkmək üçün çətirlər, heroini qarışdırmaq üçün limon turşusu ilə təmin olunan “narkoman” bəylər istirahət edirlər.

Onlar məktəblilərdən cibxərci alır, quruducudan paltar oğurlayır, mənzillərə soxulurlar.

Daha bir maraqlı detal diqqət çəkir - istifadə adətən rəsmi məqsədlə qanuniləşdirilir ki, hər kəsi qeydiyyata salsın, dövlət hesabına müalicə yazılsın və möcüzə gözləsin. Vəziyyət o qədər pisdir ki, artıq qeydiyyatdan keçirməkdən “yorulublar” və pulsuz müalicəni illərlə gözləmək olar.

Eyni zamanda, 2019-cu ildən 2023-cü ilə qədər Portuqaliyada doza həddinin aşılması səviyyəsi 12 il ərzində maksimuma çatıb və Lissabon kanalizasiyasında kokainlə ketaminin səviyyəsi Avropada ən yüksək göstəricilərdən biridir.

Və belə çıxır ki, narkotik istifadəsinə tam icazə verməklə asılılığa qarşı könüllü mübarizə aparmaq istəyənlər çoxalmır, azalır. Görəsən niyə? Belə anlaşılır ki, narkotik istifadəsini leqallaşdırmaqdan məqsəd narkoticarətdən gələn gəlirlərin istiqamətini narobaronlardan alıb dövlət büdcəsinə yönəltməkdir. Narkotik maddələrin alıcılarının aqibətinin sonu isə daha az maraqlıdır, elə onların asılılığının müalicəsi də...

Stopnarkotik.az