Porno asılılığı cəmiyyətə təsirsiz ötüşürmü? - RUSİYADA 25-30 YAŞLI GƏNCLƏR NİYƏ "QOCA SAYILIR"?

Rus gəncləri getdikcə erektil disfunksiyadan və aşağı libidodan əziyyət çəkirlər. Həkimlər bunda pornoqrafiyanı və oturaq həyat tərzini günahlandırırlar. Bu barədə tanınmış rus həkim Vitali Kazixaniş həyəcan təbili çalır. O bildirir ki, 25-30 yaşlı gənc kişilər onilliklər boyu yaşlı kişilərin xəstəliyi sayılan problemlərlə üzləşirlər.  Kazixaniçin fikrincə, bütün bunlar porno asılılığından qaynaqlanır.

"Pornoqrafiya partnyorun olmadığı zaman normadır. Ancaq nəzarətdən çıxanda problemlər yaranır və xəstədə pornoqrafiyaya bağlı erektil disfunksiya (PIED) inkişaf edir", deyə həkim izah edir.

Kazixaniş problemi belə şərh edir: "Beyin “qığılcımlı” videolara baxmaqdan dopaminin güclü dalğalanmasına alışır və real həyat artıq onu heyran etmir, testosteron isə real partnyorla qarşılıqlı əlaqə zamanı lazımi miqdarda ifraz olunmur".

"Testosteron həmçinin məşq çatışmazlığından "əziyyət çəkir" — adrenalin ürək-damar sisteminə təsir edərək, xroniki yorğunluğa və hormonal balanssızlığa səbəb olur. Tibb problemi bu şəkildə həll etməyi məsləhət görür: 90 günlük "porno detoks" qəbul edin, terapiyaya gedin, daha çox hərəkət edin, toxunma hisslərini geri qaytarın və tərəfdaşınıza dürüstcə problemin onlarda olmadığını etiraf edin", deyə Vitali Kazixaniç problemdən həll yolunu göstərir. 

Stopnarkotik.az

P.S. Əlbəttə, ilk baxışda elə görünə bilər ki, bu problem yalnız həzz və şəxsi intim həyatda məhdudlaşır. Amma cəmiyyət insanlardan təşkil olunduğuna görə, nəzərə almalıyıq ki, insana aid hər bir problem onun həyatının bütün sferalarına təsir edir. Bu da birbaşa cəmiyyətə sirayət edir.

Porno asılılığı da asılılığın bir növüdür, bu ailəyə, fərd olaraq məhsuldarlığa, reproduktivliyə mənfi təsir edir. Problem rus cəmiyyətinin fonunda qabardılıb, amma asılılığın neqativ yönlərindən irəli gələn pozuntular əhalinin təbii artımında da pozuntular törədir. Hansı ki, cəmiyyətin bütöv bir orqanizmə bənzədiyini qəbul edərək, problemin ictimai həyatımızın bir çox sferalarına təsirsiz ötüşmədiyini anlamalıyıq.