Polşa kəşfiyyat orqanları casusluqda ittiham olunan iki rusiyalının saxlanıldığını açıqlayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsindəki (keçmiş “Twitter2) səhifəsində Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski məlumat verib.
“Polşa Daxili Təhlükəsizlik Agentliyi polislə əməkdaşlıq edərək Krakov və Varşavada “Vaqner” qrupunun təbliğat materiallarını yayan iki rusiyalını aşkar edərək saxlayıb”, - o qeyd edib.