Avropa Prokurorluğu Yunanıstana qeyri-qanuni gətirildiyi iddia edilən Çin malları olan 2400-dən çox konteyneri müsadirə edib.
Stopnarkotik.az bildirir ki, bu barədə "Politico" Aİ prokurorluğuna istinadla xəbər verir.
Qeyd edilir ki, bu, Aİ tarixində bu qəbildən olan ən böyük əməliyyatdır. Çinin COSCO dövlət şirkətinin idarə etdiyi Yunanıstanın Pirey limanında 2435 konteyner ələ keçirilib. Prokurorluğun məlumatına görə, onların içərisində əsasən elektriklə işləyən velosipedlər, tekstil məmulatları və ayaqqabılar olub. İstintaqın məlumatına görə, Aİ-yə qeyri-qanuni mal idxalı sxemi ən azı 8 il fəaliyyət göstərib, Aİ-nin və onun üzvlərinin büdcəsinə təxminən 800 milyon avro məbləğində ziyan vurub.
Cinayət işi üzrə Yunanıstan gömrük xidmətinin iki əməkdaşı da daxil olmaqla 6 nəfərə qarşı ittiham irəli sürülüb. Prokurorluğun məlumatına görə, onlar sistemli şəkildə saxta sənədlərlə malların qanunsuz idxalını təmin ediblər.
Stopnarkotik.az