Türkiyədə narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.
Stopnarkotik.az yerli KİV-ə istinadla xəbər verir ki, əməliyyat İstanbul şəhərinin Esenyurt adlanan ərazisində baş tutub. Polisə ərazidəki 11 mərtəbəli binanın 5-ci mərtəbəsində narkotacirlərin olması barədə məlumat daxil olub.
Əməliyyat zamanı isə gözlənilməz hadisə yaşanıb. İran əsilli M.E. polisə yaxalanmamaq üçün özünü 5-ci mərtəbədən atıb. Polislər xəsarət alan şəxs üçün təcili tibbi yardıma məlumat veriblər və o, xəstəxanaya yerləşdirilib.
Həmçinin evdə olan digər şübhəli də saxlanılıb. Araşdırmalar davam etdirilir.