Polis sərhəddə 12 metr dərinliyində tunel aşkarladı - NARKOŞƏBƏKƏ BELƏ İŞLƏYİR... / ŞOK GÖRÜNTÜLƏR

Polis narkotik qaçaqmalçılığı üçün istifadə olunan tunel aşkarlayıb.

Stopnarkotik.az xəbər verir ki, narkotrafik tuneli Mərakeşdən İspaniyanın Seuta eksklavına gedir.

İspan rəsmilərinin bildirdiyinə görə, tunelin uzunluğu ən azı 50 metrdir, lakin bu da hələ dəqiq deyil. Çünki tunelin son nöqtəsi hələ dəqiq müəyyən edilməyib və 12 metr yerin altına düşür. Görünür, narkoticarət şəbəkəsi malı belə gizli yeraltı yollarla daşıdığı üçün hüquq mühafizə orqanlarının keçirdikləri əməliyyatlara baxmayaraq gözəgörünməz qala biliblər.

P.S. Bu cür tunellərin İranla Azərbaycan arasında da mövcud olub-olmadığı variantını gözdən keçirmək gərəkdir. Yoxsa hüquq-mühafizə orqanlarının, DSX və DGK qurumlarının ayıq-sayıqlıqla narkotikin ölkəyə gətirilməsinin qarşısını almağa çalışmalarına baxmayaraq, niyə hələ də vəziyət qənaətbəxş deyil və narkotik hələ də ölkəyə yol tapır?

Stopnarkotik.az