Polis əməkdaşlarının yanvarın 26-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 8,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,6 kiloqramdan artıq marixuana, 1,4 kiloqramdan çox heroin, 1,1 kiloqrama yaxın metamfetamin, həmçinin 497 metadon və tramadol həbləri olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.