Tiflisdə narkotik satan İran vətəndaşı və üç Gürcüstan vətəndaşı həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşları şəhərin müxtəlif yerlərində və saxlanılan şəxslərin üzərində axtarış zamanı müxtəlif növ narkotik vasitələr, o cümlədən marixuana və MDMA aşkar ediblər. Saxlanılan Gürcüstan vətəndaşları əvvəllər məhkum olunublar.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılanları 12 ilə qədər həbs gözləyir.
Stopnarkotik.az