Polis əməkdaşı yol qəzasında həlak oldu

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, yanvarın 15-də 1983-cü il təvəllüdlü Məmmədov Davud Rafiq oğlunun idarə etdiyi “Volkswagen Touareg” markalı, 90-GD-390 dövlət qeydiyyat nömrəli avtomobil Hacıqabul-Sabirabad yolunda dəmir arakəsmələrə dəyib. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Davud Məmmədovun Sabirabad RPŞ-nin əməkdaşı olduğu bildirilir.