Polis içkiyə görə mağazanı yandıran qazini saxladı

Şəmkirdə mağazada baş verən yanğının qəsdən törədildiyi məlum olub.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki mağazanı qəsdən yandırmaqda şübhəli bilinən rayon sakini E.Məmmədov saxlanılıb.

Qeyd edək ki, E.Məmmədov Vətən müharibəsi qazisidir. Onun nisyə içki üstündə bu addımı atdığı bildirilir.