Polis daha 4 narkoalverçini saxladı

Gürcüstanda 4 narkotik alverçisi saxlanılıb.

Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxslər qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq və satmaqda ittiham olunurlar. Saxlanılanlardan ikisinin əvvəllər məhkumluğu var.

Axtarış zamanı polis təqsirləndirilən şəxslərdən alfa-PVP, metadon və qurudulmuş marixuana götürüb. Saxlanılanları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.

Stopnarkotik.az