Polisə 3 ədəd tüfəng, 1 ədəd qumbara təhvil verildi

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

DİN-in Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd tüfəng və 1 ədəd qumbara təhvil götürüblər.