"Pəncə-Kilid" əməliyyatında terrorçuların çoxlu sayda silah və sursatı ələ keçirildi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Kilid" əməliyyat bölgəsində terrorçulara aid yeni mağara aşkar edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə əməliyyat-axtarış tədbirləri fasiləsiz davam edir.

"Yararsız hala salınan mağarada silah-sursat və məişət əşyaları ələ keçirilib", - məlumatda qeyd olunub.